Daha bir narkotacir saxlanıldı

Daha bir narkotacir saxlanıldı
  10 May 2021    Oxunub:1482
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Avşar kəndində yaşayan Siyasət Məmişov saxlanılıb.

Onun meşə zolağında narkotik tərkibli bitkilər əkdiyi müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman 210 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti