Biləsuvarda “QAZel” piyadanı vuraraq öldürdü

Biləsuvarda “QAZel” piyadanı vuraraq öldürdü
  10 May 2021    Oxunub:2690
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 9-da saat 18 radələrində Biləsuvar şəhəri ərazisində şəhər sakini Ş.Əzizov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Mehdi Niftullayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Niftullayev orada ölüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti