Bakıda avtoservis, Kürdəmirdə "Mercedes" yanıb

Bakıda avtoservis, Kürdəmirdə "Mercedes" yanıb
  11 May 2021    Oxunub:1619
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 5000 m² olan avtoservisin ərazisində sahəsi 80 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın hadisəsi Kürdəmir rayonunda qeydə alınıb. Rayonun Çöl Ərəb kəndində "Mercedes" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti