Prezident Rusiyaya təşəkkür etdi: “Sözünüzün üstündə durmusunuz”

   Prezident Rusiyaya təşəkkür etdi:    “Sözünüzün üstündə durmusunuz”
  11 May 2021    Oxunub:2656
“Azərbaycana “Sputnik V” vaksininin tədarük edilməsi məsələsinin Vladimir Vladimiroviç ilə danışdığımız kimi operativ həllinə görə təşəkkürümü bildirmək istərdim, bütün müddətlərə əməl edilib, sözünüzün üstündə durmusunuz”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Bu yaxında həmin vaksinin qarşılanması mərasimi keçirilib, cənab səfir iştirak edib. Bu gün dünyada populyarlığı get-gedə artan belə gözəl vaksinə görə sizi bir daha təbrik etmək istərdim. Onun bizim üçün əlçatan olması, əlbəttə, buna şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələcəyik", - deyə dövlət başçısı bildirib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Rusiya  





Xəbər lenti