Goranboy və Sumqayıt sakinlərindən silah götürüldü

Goranboy və Sumqayıt sakinlərindən silah götürüldü
  11 May 2021    Oxunub:1139
Sumqayıt və Goranboy sakinlərindən silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə ilə tutulmuş S. Ələkbərovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Borsunlu kəndindəki yaşadığı evə baxış zamanı oradan “İJ-16” markalı ov tüfəngi və 44 ədəd boş patron aşkar edilərək götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F. Əsədovdan “AK-74” markalı avtomat, 30 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Goranboy   Sumqayıt   Silah  





Xəbər lenti