Ceyhun Bayramov Rusiyaya başsağlığı verdi

   Ceyhun Bayramov Rusiyaya başsağlığı verdi
  11 May 2021    Oxunub:2623
“Rusiyanın Kazan şəhərində böyük faciə baş verib. Terror aktı nəticəsində çoxlu sayda günahsız insan həlak olub və yaralanıb”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, ən dəhşətlisi budur ki, hadisə məktəbdə baş verib.

"Günahsız insanların ölümü həmişə faciədir. Dəhşətlisi odur ki, ölənlər günahsız uşaqlardır. Bütün rus xalqına başsağlığı verirəm, yaralananlara tezliklə sağalmağı arzu edirəm. Biz terrorun hər növünü qınayırıq. Bu bir daha onu göstərir ki, bütün ölkələr terror vəbasına qarşı birləşməlidir”, - deyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiyanın Kazan şəhərində orta məktəbdə atışma olub. İlkin məlumata görə, silahlı insident nəticəsində azı 13 nəfər ölüb, 16 nəfər yaralanıb. Ölənlərdən əksəriyyətinin məktəbli olduğu bildirilir.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov   Nazir  





Xəbər lenti