Nazir Lavrovla görüşün detallarını açıqladı

 Nazir Lavrovla görüşün detallarını açıqladı
  11 May 2021    Oxunub:3152
“Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdi, çox geniş müzakirə keçirildi, ölkələr arasında bir çox məsələlərə aydınlıq gətirildi”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bu gün həmkarı ilə keçirdiyi görüşdə regional məsələlərin müzakirə olunduğunu açıqlayıb.

“Bu gün biz əməkdaşlıq və təhlükəsizlik məsələləri barəsində də fikir mübadiləsi apardıq. Bizim ölkələr bir sıra tranzit xətlərin keçdiyi yerdir. Yaxşı xəbərlərdən biri odur ki, ağır keçən 2020-ci ildə tranzit xətləri nəinki azalıb, hətta artıb. Bu gün müzakirələr zamanı qeyd olundu ki, koronavirusla çox yüksək səviyyədə mübarizə apardıq. Bizim müvafiq strukturlarımızın qarşılıqlı əməkdaşlığı, bu dövr ərzində yükdaşımaların dayanmaması yaxşı münasibətlərimizə dəlalət edir. Ənənəvi olaraq Rusiya və Azərbaycan arasında münasibətlərində təhsil, mədəniyyət, idman sahələri əhəmiyyət daşıyır. Bizim beynəlxalq sahədə əməkdaşlıqda da çox böyük təcrübəmiz var”, - deyə XİN başçısı vurğulayıb.

Azvision.az


Teqlər: Nazir   XİN  





Xəbər lenti