Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına başlayıb

Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına başlayıb
  11 May 2021    Oxunub:2008
“For Azerbaijan” təşkilatının dəstəyi ilə “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər.
Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a bildiriblər ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri Ucarda deputat Ramil Həsən ilə birlikdə qazi ailələrini ziyarət edib, “For Azerbaijan” təşkilatı adından bayram sovqatlarını həmin ailələrə çatdırıblar.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Sonra rayonda yaşayan 20 qazi ailəsi ziyarət olunub. Qırx dörd günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə qazilərə təşəkkür edilib, onlara cansağlığı arzulanıb.

Prezident İlham Əliyev tərəfindən şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti önəmi vurğulanıb.

Daha sonra Miqrasiya könüllüləri Beynəlxalq “For Azerbaijan” Təşkilatı adından Ramazan sovqatını ailələrə təqdim ediblər.







Azvision.az



Teqlər: Miqrasiya-könüllüləri   Qazi  





Xəbər lenti