Ukraynanın Baş naziri Azərbaycana gələcək

   Ukraynanın Baş naziri Azərbaycana gələcək
  11 May 2021    Oxunub:2534
Ukraynanın Baş naziri Denis Şmıqalın rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun sonlarında Azərbaycana səfəri planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Azərtac-a Ukrayna Nazirlər Kabinetindəki mənbədən məlumat verilib.

Denis Şmıqalın səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Görüşlərdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması üçün həyata keçiriləcək layihələr, infrastruktur, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Azvision.az


Teqlər: Ukrayna   Baş-nazir   Səfər   Azərbaycan  





Xəbər lenti