"Əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır" - Lavrov

   "Əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır" -    Lavrov
  11 May 2021    Oxunub:2696
İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

Lavrov bildirib ki, 2020-ci ilin noyabrında əldə olunmuş razılaşmalar vəziyyətin tənzimlənməsi üçün bütün zəruri şərtləri əhatə edir və regionda təxminən 30 il bağlı qalmış kommunikasiyaların bərpasına yönəlib:

"Hərbçilərimiz Azərbaycan tərəfi ilə sıx təmasda fəaliyyət göstərir. Ümumilikdə, biz onların işini müsbət qiymətləndiririk. Onlar dinc həyatın bərpasına xidmət edir".

Azvision.az


Teqlər: XİN   Rusiya   Nazir  





Xəbər lenti