"Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır" - Nazir

   "Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır" -    Nazir
  11 May 2021    Oxunub:2396
Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bizi ortaq tarix birləşdirir, onun vacib bir hissəsi faşizm üzərində Qələbədir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

“İnanırıq ki, müntəzəm qarşılıqlı səfərlər dialoqun davam etdirilməsinə mühüm töhfə verir. İkitərəfli münasibətlərin inkişafı güclü müqavilə bazasına əsaslanır. Münasibətlərimizi tənzimləyən təxminən 230 sənəd var. Bir çox başqa sənədlər hazırlanma mərhələsindədir”, - deyə XİN rəhbəri bildirib.

C.Bayramov ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyini qeyd edib:

"Koronavirus pandemiyası səbəbindən ticarət dövriyyəsində yaranmış geriləməni aradan qaldırmaq üçün son görüş zamanı Moskvada əldə olunmuş razılaşmaların həyata keçirilməsi vacibdir. Pandemiya hər kəsə meydan oxumaqla yanaşı, əlaqələrimizin gücünü sınayan yaxşı bir dərs oldu. Bizim bu sınaqdan mükəmməl çıxdığımıza inanırıq. Rusiya tərəfinə mütəxəssis və peyvənd göndərdiyinə görə təşəkkür edirik”.

Azvision.az


Teqlər: XİN   Nazir   Ceyhun-Bayramov  





Xəbər lenti