Sergey Lavrov: "Razılaşmaları tam həyata keçirmək vacibdir"

      Sergey Lavrov:    "Razılaşmaları tam həyata keçirmək vacibdir"
  11 May 2021    Oxunub:2517
Əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin normallaşdırılmasında açar rolunu oynayır. Bu razılaşmalar hərbi əməliyyatların bərpasının qarşısının alınması, iqtisadi və kommunikasiya əlaqələrinin açılması üçün bütün mexanizmləri təmin edir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

"Rusiya sülhməramlı kontingentinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarıq. Konkret planlar hazırlayan üçtərəfli işçi qrupu əldə olunmuş razılaşmaların həyata keçirilməsinə mühüm töhfə verir", - Lavrov qeyd edib.

Azvision.az


Teqlər: Rusiya   XİN   Lavrov  





Xəbər lenti