"Mina xəritələrinin verilməsi İrəvanda müzakirə olunub" - Lavrov

   "Mina xəritələrinin verilməsi İrəvanda müzakirə olunub" -    Lavrov
  11 May 2021    Oxunub:3090
Biz bütün humanitar məsələlərin, xüsusən də minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq.
Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

Rusiya XİN rəhbəri bildirib ki, bu məsələni İrəvanda müzakirə ediblər.

"Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etməyin vacib olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və tam həllini tapılacaq".

Azvision.az


Teqlər: Rusiya   XİN   Lavrov  





Xəbər lenti