"Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir" - Ceyhun Bayramov

   "Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir" -    Ceyhun Bayramov
  11 May 2021    Oxunub:2479
Nasizmin qəhrəmanlaşdırılması hər bir halda qəbuledilməzdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir Ermənistanda ksenofobiya və radikal millətçilik təzahürlərinin müşahidə olunduğunu təəssüflə bildirərək deyib ki, terror aktlarının törədilməsində adı hallanan şəxslərin qəhrəmanlaşdırılması Ermənistanda fəal şəkildə aparılır.

"Ermənistanda ksenofobiya müxtəlif formalarda özünü göstərir. Çox təəssüf ki, bu ölkədə faşist cəlladı Qaregin Njdeyə abidə ucaldılır, onun adı məktəblərə, küçələrə verilir. Holokost abidələrinin, Mahatma Qandinin heykəlinin təhqir olunması bu problemin Ermənistanda nə qədər ciddi olduğunu sübut edir. İnsanlar Ermənistanda bu halların təhlükəsi barədə düşünməlidirlər".

Azvision.az


Teqlər: XİN   Nazir   Ceyhun-Bayramov  





Xəbər lenti