Bakıda maşın qaçıran şəxslər tutulub

Bakıda maşın qaçıran şəxslər tutulub
  11 May 2021    Oxunub:2443
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə mayın 10-da rayon ərazisində yerləşən avtomobil salonlarının birindən dövlət qeydiyyat nişanlı olmayan “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri İ.Hüseynov və İ.Sadıqov avtomobillə birlikdə saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Maşın   Oğurluq  





Xəbər lenti