Dövlət-özəl sektor tərəfdaşlığına dair vebinar keçirilib

Dövlət-özəl sektor tərəfdaşlığına dair vebinar keçirilib
  11 May 2021    Oxunub:2244
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı və İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığına (DÖST) dair növbəti vebinar keçirilib.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın Türkiyədə səhiyyə sahəsində dövlət-özəl sektor tərəfdaşlığı təcrübəsi, bu sahədə həyata keçirilən layihələr və onların xüsusiyyətləri barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Müzakirələr çərçivəsində ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi üçün imkanların olduğu, bu sahədə Türkiyənin müsbət təcrübəsindən yararlanmağın əhəmiyyəti vurğulanıb.

Azvision.az


Teqlər: KOBİA  





Xəbər lenti