Bacısı qızını öldürən şəxs həbs edildi

   Bacısı qızını öldürən şəxs həbs edildi
  11 May 2021    Oxunub:2786
Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Göyçay Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov saat 6 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.

Azvision.az


Teqlər: Göyçay  





Xəbər lenti