Peru mətbuatı Qarabağdakı erməni vandalizmindən yazdı
30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazisinin beşdə birinin Ermənistan tərəfindən tamamilə dağıdıldığı, vaxtilə 1 milyona yaxın azərbaycanlı əhalinin yaşadığı və hazırda viranəyə çevrilmiş bu torpaqlarda ermənilərin kütləvi minalama aparması və beynəlxalq humanitar hüquqa zidd olaraq həmin partlayıcı qurğuların yerləşmə xəritəsini verməkdən imtina etməsi səbəbindən soydaşlarımızın bu gün də öz yurdlarına qayıda bilmədiyi qeyd olunur.
Bununla yanaşı, Azərbaycan hökumətinin ən öncül məqsədinin azərbaycanlı məcburi köçkünlərin mümkün qədər qısa zamanda evlərinə qayıdışını təmin etmək olduğu, bu məqsədlə bölgədə intensiv minatəmizləmə və infrastruktur inşası işlərinin aparıldığı, bu xüsusda nəqliyyat yolları, hava limanları, hospital, məktəb, “ağıllı kəndlər” və digər layihələrin həyata keçirilməkdə olduğu, Türkiyə, İtaliya, İsrail kimi dost ölkələrdən olan şirkətlərin də ən innovativ texnologiyalarla bu işlərə cəlb edildiyi məlumat verilir.
Eyni zamanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə onilliklər ərzində Ermənistan tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimizin restavrasiyası işlərinin aparıldığı deyilir.
Bölgədə davamlı sülhün təmin edilməsinin başlıca şərtləri haqda suala münasibətdə keçmiş münaqişə tərəflərinin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalı, eyni zamanda Ermənistanın qonşularına qarşı nifrət siyasətindən əl çəkməli və xalqını barışığa hazırlamalı olduğu söylənilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


