Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır

   Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
  12 May 2021    Oxunub:1811
Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalı başlayır.
Azvision.az xəbər verir ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Azvision.az


Teqlər: Şuşa   Xarıbülbül   Festival  





Xəbər lenti