Karantin qaydalarını pozanlar cəzalandırıldı

Karantin qaydalarını pozanlar cəzalandırıldı
  12 May 2021    Oxunub:1743
Saatlıda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dərhal dayandırılıb, çayxananın icarədarı A.Zeynalov və orada olan 8 müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər gorulub.

Azvision.az



Teqlər: Koronavirus   Karantin   Çayxana   Cərimə  





Xəbər lenti