Əli Əsədov Mixail Mişustinə başsağlığı verdi

 Əli Əsədov Mixail Mişustinə başsağlığı verdi
  12 May 2021    Oxunub:1899
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb. Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

Azvision.az



Teqlər: Baş-nazir  





Xəbər lenti