171 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Qeyd edilib ki, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb. Həmin vaxtdan ötən dövrdə ümumilikdə 171 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd e-qaydada təyin olunub. Onlardan 36 mini pensiya təyinatları olub.
Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmayıb. Həmin sosial ödənişlər məmur-vətəndaş təması olmadan, avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunub.
Azvision.az