Baş nazir Tatarıstan prezidentinə başsağlığı verdi

Baş nazir Tatarıstan prezidentinə başsağlığı verdi
  12 May 2021    Oxunub:1370
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova Kazandakı məktəbdə baş verən atışma nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.
Bu barədə Azvision.az -a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Tatarıstan Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

Baş nazir, həmçinin faciə nəticəsində yaralananlara şəfa diləyib.

Azvision.az


Teqlər: Baş-nazir  





Xəbər lenti