Yük stansiyasının ərazisindən oğurluq etmək istəyənlər tutuldu

Yük stansiyasının ərazisindən oğurluq etmək istəyənlər tutuldu
  12 May 2021    Oxunub:1559
Əhmədli yük stansiyasının ərazisindən oğurluq etmək istəyənlər saxlanılıb.
Bu barərədə Azvision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 11-də Əhmədli yük stansiyasının ərazisindən 14 ədəd şpal altı, 112 ədəd birləşdirici sırğa, 18 ədəd rels boltlarını və 6 ədəd rels bərkidicisini oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Mustafalı və Ə.Rüstəmov saxlanılıblar.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti