Cəlilabadda avtomobil piyadanı vuraraq öldürdü

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürdü
  12 May 2021    Oxunub:1646
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 12-də saat 01 radələrində Cəlilabad şəhəri ərazisində Uzuntəpə kənd sakini V.Yusubov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həsən Əlilini vurub. H.Əlili hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti