Tətil günlərində milli parklarda tədbirlər keçiriləcək

Tətil günlərində milli parklarda tədbirlər keçiriləcək
  12 May 2021    Oxunub:2895
Tətil günlərini Azərbaycanın bütün regionlarını əhatə edən füsunkar təbiət ərazilərində-milli parklarımızda keçirmək daha zövqlü olacaq, milli parklarımız tətil günlərində ziyarətçiləri xüsusi proqramlarla qarşılayacaq.
Azvision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. Onun sözlərinə görə, parklarda maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.

“13,14,15 may tarixlərində paytaxta ən yaxın məsafədə yerləşən Abşeron Milli Parkında da ziyarətçilər təbiət gəzintisi ilə birgə maraqlı tədbirlərin iştirakçısı ola biləcək.

Parkda Ailə Biznesinə Asan Dəstək ( ABAD) publik hüquqi şəxs tərəfindən iaşə xidməti təklif ediləcək, ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitəsi olan elektro skuterlərin təqdimatı və test sürüşləri təşkil olunacaq. Eyni zamanda, Zirə qəsəbəsində istehsal olunan ekoloji təmiz ərzaq məhsullarının sərgisi və satışı həyata keçiriləcək, uşaqlar və böyüklər üçün tədbirlər, viktorinalar təşkil olunacaq”.

Xidmət rəsmisi hər kəsə bu tətil günlərini ölkəmizin milli parklarında keçirməyi, açıq havada təbiət gözəlliklərindən zövq almağı tövsiyə edib.







Azvision.az


Teqlər: Milli-park  





Xəbər lenti