Şuşada “Xarıbülbül” festivalı hər il keçiriləcək

  Şuşada “Xarıbülbül” festivalı hər il keçiriləcək
  12 May 2021    Oxunub:2753
“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: “Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti