Qarabağa qayıdıb evini tapdı, qayıdışın işığını yandırdı - VİDEO

Qarabağa qayıdıb evini tapdı, qayıdışın işığını yandırdı -  VİDEO
  12 May 2021    Oxunub:3724
Azərbaycan Televiziyasında “Qayıdış işığı” adlı filmin təqdimatı olacaq.
Televiziyanın Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Qarabağa qayıdışa həsr olunmuş film AzTV-nin istehsalıdır və mayın 15-i saat 21:00-da yayımlanacaq.

Filmdə yurduna qədəm qoyduğu ilk andan bu kəndlə bağlı xatirələri yaşlı kişini sona qədər müşayiət edir. Rejissor filmin süjet xəttini təşkil edən həmin xatirələrdə olan insanların obrazlarını tamaşaçıya səs və musiqi tandemi vasitəsilə təqdim edir. Simfonik orkestr ilə muğam sədaları filmi emosional baxımdan daha da gücləndirir.

Sonda obrazın öz evini tapması və ocağında çırağını yandırması ilə işğaldan azad olunmuş torpaqlardakı bütün evlərdə qayıdış işıqları yanır.

30 il ərzində yurd nisgili ilə yaşayan bir insanın dədə-baba ocağına qovuşmasından bəhs olunan filmin quruluşçu rejissoru Tahirə Hüseynova, ssenari müəllifləri Yaqub Əlioğlu və Tahirə Hüseynovadır.



Azvision.az



Teqlər: AzTV  





Xəbər lenti