Saatlıda oğru dəstəsi ələ keçdi

Saatlıda oğru dəstəsi ələ keçdi
  12 May 2021    Oxunub:2248
Saatlıda vətəndaşlara məxsus xırda buynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının əvvəlində Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində vətəndaş F.Həmzəzadəyə məxsus iki baş xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Elşən Quliyev, Sadiq və Kamran Xəlilovlar saxlanılıblar.

Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların rayonun Naharlı və Qaracalar kəndləri ərazisində də analoji oğurluq hadisələrini törətdikləri və iki kənd sakininə maddi ziyan vurduqları müəyyən edilib.

Dindirilmə zamanı E.Quliyev, S.Xəlilov və K.Xəlilov törətdikləri ogurluqları etiraf ediblər.
Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti