COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

    COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
  12 May 2021    Oxunub:3247
Mayın 12-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 604 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5008, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 596 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 727 min 510-na çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 14 min 495, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 713 min 15 nəfərdir.

Azvision.az


Teqlər: Peyvənd   Koronavirus  





Xəbər lenti