Bakıda səkilərin zəbt olunmasının qarşısı alınır

Bakıda səkilərin zəbt olunmasının qarşısı alınır
  12 May 2021    Oxunub:2389
Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

"Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır. Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması hallarıyla rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin, bu cür qanunsuz əməllərə yol verənləri, ictimai qınağa çəkməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.



Azvision.az


Teqlər: BNA  





Xəbər lenti