Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin Ali Komissarına məktub göndərdi
Qeyd olunub ki, Ombudsman mövcud vəziyyətlə bağlı dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırıb. 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu qeyd edən Ombudsman Ermənistan siyasi rəhbərliyinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini dərk etməli və insan hüquqlarına hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
Sonda Ombudsman Səbinə Əliyeva bir daha dərin narahatlığını Komissarın diqqətinə çatdıraraq, minalanmış ərazilərin xəritəsinin verilməsində əməkdaşlıq etməsi üçün Ermənistan tərəfinə çağırış olunmasını xahiş edib.
Azvision.az
Teqlər: Ombudsman