Parisdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Parisdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib
  13 May 2021    Oxunub:2799
Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının, Azərbaycanın bu ölkədəki səfirliyinin, UNESCO yanında Azərbaycanın Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan konsert zamanı Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova (piano) və Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyev (fleyta) məşhur bəstəkarlardan Frans Şubert, Ferens List, Arif Məlikov, Astor Piazzola, İssak Albeniz, Fazil Say və digərlərinin əsərlərini ifa ediblər.

Azvision.az


Teqlər: Paris   Heydər-Əliyev   Konsert  





Xəbər lenti