Azərbaycanda Ramazan bayramı qeyd olunur

   Azərbaycanda Ramazan bayramı qeyd olunur
  13 May 2021    Oxunub:2505
Bu gün Azərbaycanda Ramazan bayramıdır.
Azvision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edir.

Koronavirus pandemiyası ilə əlaqədar ölkə məscidlərində bayram namazı qılınmayacaq. İnsanlar yalnız evdə dini ibadətləri yerinə yetirə bilərlər.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.

Azvision.az


Teqlər: Ramazan   Bayram  





Xəbər lenti