Prezidentin “BBC News”a cavabı Çində xüsusi maraqla izlənilir
Mayın 7-dən başlayan bu proses zamanı həmin həştəq altındakı videoları təkcə “Weibo” sosial şəbəkəsində (“Twitter”in Çin alternativi) izləyənlərin sayı 40 milyonu ötüb və bu rəqəm getdikcə artır. Günün bəzi saatlarında həmin həştəq üzrə videolara baxış sayı bir dəqiqə ərzində 133 minə çatıb. “Weibo” istifadəçiləri Prezident İlham Əliyevin məlum fikirləri ilə bağlı 9472 dəfə müzakirə açıblar. İstifadəçilər qeyd ediblər ki, Azərbaycan Prezidenti “BBC News” kanalının əməkdaşına oxşar problemlə üzləşən Çin ictimaiyyətinin demək istədikləri fikirləri söyləyib.
Həmin videoya “Tuotiao” platformasında 5 milyona yaxın, “Bilibili”də 1,5 milyondan çox baxış olub. Bundan başqa, “Wechat” mesencerində və “Duoyin” (“Tik-tok”un Çin versiyası) platformasında da xeyli paylaşılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin həmin müsahibəsi ilə bağlı “Twitter”dəki paylaşımı 3,5 milyondan çox insan izləyib, 97,5 mindən çox insan bəyənib, 37,6 minə qədər insan isə videonu öz profilində paylaşıb.
Azvision.az
Teqlər: İlham-Əliyev