“Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib

  13 May 2021    Oxunub :1719
“Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ramazan bayramında Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Birlikdən Azvision.az -a bildirilib ki, şəhid Osman Manafovun atası Natiq Manafov onlara göstərilən diqqətə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti idarəsində çalışır.

Birliyin baş direktorunun müavini Ceyhun Şıxəliyev və Həmkarlar ittifaqı komitəsinin sədri Ədalət Qurbanov isə şəhid Zaur Mədətovun ailəsini ziyarət ediblər. Birliyin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib.

Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Qeyd edək ki, Raufun bacısı Banu İbadova “Azəriqaz” İstehsalat Birliyində işlə təmin edilib, atası Məhərrəm İbadova isə məsul vəzifələrdən biri təklif olunub.

Azvision.az

Teqlər: “Azəriqaz”