Cəlilabadda ağır qəza: Ölən və yaralı var

Cəlilabadda ağır qəza:    Ölən və yaralı var
  13 May 2021    Oxunub:2743
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində baş verib.

"Nissan" markalı minik avtomobilinin aşması nəticəsində bir nəfərin öldüyü və xəsarət alanların olduğu bildirilir.

Hazırda onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az




Teqlər: Qəza   Maşın   Yol  





Xəbər lenti