"Şuşa yenidən əvvəlki gözəlliyinə qovuşur" - Deputat

  14 May 2021    Oxunub :2156
   "Şuşa yenidən əvvəlki gözəlliyinə qovuşur" -    Deputat
Şuşada “Xarıbülbül” musiqi festivalının 29 ildən sonra yenidən bərpası ölkəmizin mədəni həyatında tarixi hadisədir. Müzəffər Ali Baş Komandanımızın festivalın açılışında qeyd etdiyi kimi, bu gün Azərbaycan tarixində əlamətdar gündür.
Azvision.az xəbər verir ki, bunu Füzulinin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, sevindirici, eyni zamanda qürurverici haldır ki, Şuşada artıq həyat başlayır.

"Əsrarəngiz gözəlliyi ilə seçilən Cıdır düzündə ucalan musiqi sədaları ilə mədəniyyət paytaxtımız olan Şuşa yenidən əvvəlki gözəlliyinə qovuşur. Azərbaycan incəsənət xadimlərinin Qarabağın ürəyinə həsr olunmuş əsərlərinin təqdim edilməsi isə doğma yurdumuza, mənəvi dəyərlərimizə bağlılığımızın göstəricisidir. Bu kimi tədbirlərin keçirilməsi Şuşanın əvvəlki simasını bərpa etməklə yanaşı, mədəni dəyərlərimizin təbliğində də xüsusi önəm kəsb etməkdədir. Bu festival Azərbaycanda multikultural dəyərlərə verilən önəmi bir daha nümayiş etdirdi. İnanıram ki, mədəniyyət beşiyi olan Şuşa tezliklə tarixi gözəlliyinə qovuşaraq, mədəni məclislərini, tədbirlərini bərpa edərək mədəniyyət xəzinənimizə xüsusi töhfə verəcəkdir.".

Azvision.az

Teqlər: Şuşa   Xarıbülbül   Musiqi   Festival