Azərbaycanın Braziliyadakı səfirinə yeni vəzifə verildi

  14 May 2021    Oxunub :1935
   Azərbaycanın Braziliyadakı səfirinə yeni vəzifə verildi
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Karib Hövzəsi Ölkələri Birliyi (CARİCOM) təşkilatının yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, bu barədə məktub CARİCOM–un Baş Katibi cənab İrvin Laroka onlayn formatda təqdim edilib.

Səfir E.Poluxov nitqi zamanı təşkilatı regional təhlükəsizliyinin gücləndirilməsində, demokratiyanın təşviqində əhəmiyyətli platforma kimi qiymətləndirilən, ölkəmizin bu proseslərə tövhə verməyinə hazır olduğunu qeyd edib.

Azərbaycanın dünya arenasında özünə məxsus yer tutduğunu bildirən E.Poluxov, qlobal çağırışlara, humanitar böhranlara biganə qalmadığını, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə beynəlxalq təşəbbüslərə daim dəstək verdiyini diqqətə çatdırıb. Bundan əlavə regionda və ümumiliklə dünyanın hər bir guşəsində təhlükəsizliyin və əminəmanlığın vacibliyi xüsusi qeyd edilən, Azərbaycanın neçə illəridir ki, Erməni təcavüzü ilə təkbətək qaldığı, ölkəmizin böyük mənəvi və maddi zərbələrlə üzləşdiyi bildirilmiş və 44 günlük Vətən Müharibəsinin nəticələrinə dair məlumat verib.

Öz növbəsində cənab İ.Larok səfir E.Poluxovu təyinatı münasibəti ilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdır. Baş Katib Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlu təcrübəsini CARİCOM təşkilatı ilə bölüşdüyünə ümidvar olduğunu vurğulayıb. Hazırda bütün dünyanı narahat edən COVİD-19 pandemiyası, ekoloji və təbii təhlükələr ilə birgə mübarizənin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı və faydalı əməkdaşlığın vacibliyi də qeyd olunub.

Qeyd edək ki, CARİCOM Karib regionunu təmsil edən on beş tam və beş əlaqəli (associate) üzv dövlətdən ibarət olan bir təşkilatdır. Beliz, Surinam və Qayana istisna olmaqla digər üzv ölkələr ada ölkələrdir və təşkilat çərçivəsində bir sıra mühüm məsələlərdə birgə mövqedən çıxış edirlər.

Azvision.az

Teqlər: ElxanPoluxov   Səfir