“Bir millət, iki dövlət!” fəlsəfəsi - Ankarada videokonfrans keçiriləcək

  15 May 2021    Oxunub :1426
   “Bir millət, iki dövlət!” fəlsəfəsi    - Ankarada videokonfrans keçiriləcək
Ankarada dövlət müstəqilliyimizin 103-cü ildönümündə Azərbaycan-Türkiyə münasibətləri və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə “Bir millət, iki dövlət!” fəlsəfəsi mövzusunda videokonfrans keçiriləcək.
Azvision.az xəbər verir ki, sosial şəbəkə profillərindən yayımlanacaq videokonfransda 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, keçdiyi şərəfli yol, süqutunun səbəbləri, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Ulu Öndərimizin Azərbaycan-Türkiyə münasibətlərinin bərpasına və dinamik inkişafını təmin edən tarixi qərarları və fəaliyyəti kimi məsələlərdən bəhs olunacaq.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attarın sədrliyi ilə keçiriləcək videokonfransda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin çıxışları nəzərdə tutulub.

Mayın 17-də Türkiyə vaxtı ilə saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) başlayacaq videokonfrans izləyicilər üçün açıqdır.

Azvision.az

Teqlər: Ankara