Bir həftəlik Ramazan tətili başa çatdı

  16 May 2021    Oxunub :1944
   Bir həftəlik Ramazan tətili başa çatdı
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar tətil başa çatıb.
Azvision.az xəbər verir ki, bayram tətili bir həftə davam edib və mayın 16-da yekunlaşıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 və 12 may iş günləri ilə 8 və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Mayın 9-u İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə əsasən, mayın 10-u qeyri-iş günü idi. Beləliklə, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olub.

Bayram günlərində dövlət qurumları və ictimai nəqliyyat işləməyib. Sabahdan etibarən ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.

Azvision.az

Teqlər: Bayram   Tətil