Putin Krımla bağlı təcili iclas keçirib

Putin Krımla bağlı təcili iclas keçirib
  06 Mart 2014    Oxunub:1406
Rusiya Təhlükəsizlik Şurası Krımın RF-nin tərkibinə daxil olmaqla bağlı etdiyi müraciətlə bağlı növbədənkənar iclas keçirib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Krım parlamentinin Rusiyaya birləşmək haqqında müraciətinin müzakirə olunduğu iclasda baş nazir Dmitri Medvedev, Parlamentin Yuxarı Palatasının spikeri Valentina Matvienko, Dövlət Dumasının sədri Sergey Narışkin, Kremlin administrasiya rəhbəri Sergey İvanov, Federal Təhlükəsizlik Xidmətinin katibi Nikolay Patruşev, daxili işlər naziri naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov və Təhlükəsizlik Şurasının daimi üzvü Boris Qrızlov iştirak edib.

Bir müddət əvvəl Krım parlamenti “Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurasının başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.

Krım Muxtar Respublikasında martın 16-da ərazinin müqəddəratını həll edəcək referendum keçiriləcək.
Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti