Naxçıvanda komanda-qərargah təlimi başlayır

   Naxçıvanda komanda-qərargah təlimi başlayır
  16 May 2021    Oxunub:2857
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır.
Azvision.az xəbər verir ki, 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Təlim   Ordu  





Xəbər lenti