“Vaksinin effekti gözlədiyimizdən də yaxşıdır”

 “Vaksinin effekti gözlədiyimizdən də yaxşıdır”
  16 May 2021    Oxunub:2344
"Bayram günlərində xəstəxanaya vaksinasiya üçün az da olsa gələnlər var idi".
Bunu Azvision.az -a açıqlamasında 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş direktorun müavini Nihad Tağıyev deyib. O bildirib ki, adı günlərdə xəstəxanada 200-300 nəfər peyvənd olunurdusa, bayram günlərində müraciət nisbətən az olub:

"Sabahdan müraciət edənlərin sayının artacağı gözlənilir. 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası bayram günlərinə düşdüyü üçün müraciət az olub".

N.Tağıyev qeyd edib ki, bu günə qədər xəstəxanada 13 minə yaxın şəxs vaksinasiya olunub.

"Bizdə "Sinovac" vaksini vurulur. "AstraZeneca" peyvəndi verilməyib. Vaksinin effekti gözlədiyimizdən də yaxşıdır, heç kimdə əks təsir olmadı. Xəstəxanada işçilərin 80 faizi, o cümlədən özüm, baş həkim də peyvənd olunub. İnsanlarda peyvəndə maraq var. Əvvəlki dövrlə müqayisədə inam artıb, bu da maarifləndirmə ilə bağlıdır", - deyə baş direktorun müavini vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya  





Xəbər lenti