Küçədə təzyiqə məruz qalan qadınla bağlı rəsmi açıqlama

 Küçədə təzyiqə məruz qalan qadınla bağlı  rəsmi açıqlama
  16 May 2021    Oxunub:2931
Sosial şəbəkələrdə qadının fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan görüntülərdə əks olunan şəxslər məlumdur.
Azvision.az -ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan görüntülərlə bağlı bildirib ki, fakt mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb.

Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən maşına qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər.

Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti