“Mercedes” “VAZ”la toqquşdu, bir nəfər xilas edildi

 “Mercedes” “VAZ”la toqquşdu, bir nəfər xilas edildi
  16 May 2021    Oxunub:2161
Lənkəran şəhərində “Mercedes” markalı mikroavtobus və “VAZ” markalı minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti