Naxçıvanda şəhid ailələri özünüməşğulluğa cəlb olundu

Naxçıvanda şəhid ailələri özünüməşğulluğa cəlb olundu
  17 May 2021    Oxunub:1619
Ötən ay muxtar respublikada özünüməşğulluğu təmin edilmiş şəxslərin 3 nəfəri şəhid ailəsi, 5 nəfəri gənclər olub.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, nazirlik tərəfindən aprel ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 28 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 2 nəfərə inkubator aparatı, 1 nəfərə 10 yeşik arı ailəsi, 4 nəfərə isə mini yerşumlayan aqreqatlar verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfərini şəhid ailəsi, 5 nəfərini isə gənclər təşkil edib. Eyni zamanda təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər ötən ay həvəsləndirmə tədbirlərinə cəlb edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” sosial qayğıya ehtiyacı olan ailələrin, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.

Azvision.az


Teqlər: Naxçıvan   Özünüməşğulluq  





Xəbər lenti