Dünyada 1,5 milyard insan bu xəstəlikdən əziyyət çəkir

Dünyada 1,5 milyard insan bu xəstəlikdən əziyyət çəkir
  17 May 2021    Oxunub:1677
Bu gün dünyada arterial hipertoniyadan 1,5 milyard insan əziyyət çəkir.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin 17 may - Ümumdünya Hipertoniya ilə Mübarizə Günü ilə bağlı yaydığı açıqlamada qeyd edilib.

Məlumata görə, həmin şəxslərin demək olar ki, yarısının öz xəstəliyindən xəbəri yoxdur: "Ümumdünya Hipertoniya ilə Mübarizə Günü 17 may 2006-cı il tarixdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilib və bütün dünyada qeyd olunur.

Bunu nəzərə alaraq, bu gün əhali xəstəliklə mübarizədə mühüm rol oynayan profilaktik tədbirlər, eyni zamanda xəstəliyin diaqnostika və müalicəsinə dair məlumatlandırılır.

Qeyd edək ki, arterial təzyiqin (AT) normal göstəriciləri: 100-140/60-90 mm. civə sütunudur. Arterial hipertoniya və ya hipertenziya xəstəliyi diaqnozunun qoyulması üçün arterial təzyiqin davamlı olaraq yüksək olması tələb olunur. Qan təzyiqinin yüksəlməsi böyük risk amilidir. Müalicənin əsasını həyat tərzinin dəyişdirilməsi təşkil edir".

Azvision.az


Teqlər: Hipertoniya  





Xəbər lenti