Aptekdən oğurluq edən şəxs tutuldu - FOTO

Aptekdən oğurluq edən şəxs tutuldu -    FOTO
  17 May 2021    Oxunub:1826
Astarada aptekdən oğurluq edən şəxs “isti izlər”lə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara şəhəri ərazisində yerləşən apteklərdən birindən gecə saatlarında 426 manat pulun oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Astara şəhər sakini İ.Əhmədov olduğu müəyyən edilib. Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Aptek  





Xəbər lenti