Bu il 9 mindən çox piyada qaydaları pozub

Bu il 9 mindən çox piyada qaydaları pozub
  17 May 2021    Oxunub:2251
Bu ilin 4 ayı ərzində və may ayının 15 günlüyündə piyadaların yol hərəkatı qaydalarını pozmasına görə 9284 fakt aşkar edilib. Təkcə Bakı şəhəri üzrə bu rəqəm 5293-dür.
Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib. O bildirib ki, bu gün ölkədə yeraltı, yerüstü piyada keçidlərinin salınması istiqamətində işlər uğurla davam edir.

“Piyada keçidlərinin tam yaxınlığında tədbirlər keçirilir. Piyada keçidlərindən istifadə etməyən piyadalara sual veririk ki, nə üçün yoldan keçirlər? Müxtəlif bəhanələr gətirir. Bəziləri deyir, tələsirəm və ya ayağım ağrıyır. Lakin bu bəhanələr onların həyatları bahasına gəlir. Bu tədbirlərin daha effektli olması üçün erkən yaşlardan, bağçalardan, məktəblərdən, evdən uşaqlara yol hərəkatı qaydalarını aşılamaq lazımdır”, - deyə Namidan Piriyev vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: DYP   Piyada  





Xəbər lenti